futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Şimal” futbol klubu növbəti sınaq qarşılaşmasına çıxıb.
Futbolpress.az xəbər verir ki, komanda yoxlama görüşü çərçivəsində “Samur” kollektivi ilə üz-üzə gəlib. Mucuqoba stadionunda baş tutan matç “Şimal”ın 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Böyüküstünlüklü qələbə qazanan komandanın heyətində qollara 24-cü dəqiqədə Murad Dadaşov, 32-ci dəqiqədə Mustafa Niambele və 86-cı dəqiqədə Pirvərdi Seyidov imza atıblar.