Bölgədəki gəlişmə İranı hərəkətə gətirdi “Türkiyə geciksə...”

03.12.2024

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Müxalifətin bütün Hələb vilayətini ələ keçirməsi Suriya lideri Bəşər Əsəd üçün sonun başlanğıcıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Türkiyə” qəzetinə suriyalı analitik Bəkir Atacan deyib.

Onun sözlərinə görə, Əsəd rejiminin süqutunu dayandırmaq mümkün deyil:

“Hazırda Dəməşqin Hasəkə, Rəqqa, Mənbiç və Deyr əz-Zor kimi şərq bölgələri ilə əlaqəsi böyük ölçüdə kəsilib. Hums və Həma arasında əlaqə çətinləşib. Rejimin əlində yalnız Tartus və Latakiya qalıb.

İsrail, ABŞ, PKK, Körfəz və digər aktorlar bu dəyişikliyi görürlər. Buna uyğun olaraq, planlar qururlar. Atılacaq addımlar yerdəki status-kvoya uyğunlaşdırılacaq. Bu nöqtədə Türkiyənin rolu həyati əhəmiyyət kəsb edir.

Meydanda yuxarıdan aşağıya hər şey dəyişib. Ankara mütləq siyasi təşəbbüs göstərməlidir. PKK kimi təhlükələrə qarşı Türkiyənin rolu həlledici olacaq. Əks halda, İran yenidən müəyyənedici gücə çevrilmək üçün hesablamalar aparır, terrorçuları İraqdan Həmaya daşımağa başlayıb. Rusiyanı və bir çox mərkəzləri hərəkətə keçirməyə çalışırlar. Ankaranın gecikmək lüksü yoxdur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью