Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"2024-cü ildə Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük veriblər.
Bu o deməkdir ki, ölkəyə gələn hər 10 tursitdən heç ikisi də Bakıdan kənara, rayonlara getmir.
Belə ki, ötən il əcnəbilərin keçirdiyi gecələmələrin 81,4 faizi Bakının payına düşüb".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır: "Azərbaycana gələnlərin 4,6 faizi sözügedən rayonda qalıblar.
Xaricilərin 4,4 faizi Qəbələdə, 3,9 faizi Naftalanda, 3,2 faizi Qubada, 0,6 faizi Şabranda, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.
Göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar.