Bölgələrdə arabir yağış yağacaq...

14.06.2025

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün günorta saatlarından başlayaraq Azərbaycanın şimal və qərb rayonlarında iyunun 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylarda qısamüddətli sel və daşqın olacağı ehtimal edilir.

Q.QASIMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью