Bölgələrdə benzin qıtlığı yaranıb? SOCARdan reaksiya | Icma.az
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son vaxtlarda sosial şəbəkələrində Bakı və regionlarda Aİ-92 markalı benzinin qıtlığı ilə bağlı çox sayda paylaşım edilir.
Axar.az xəbər verir ki, SOCAR-dan APA-ya açıqlamada Bakı şəhərində fəaliyyət göstərən Neft Bazası Sahələrindən (NBS) sahibkarlar tərəfindən yanacaq götürülməsi və daşınması üçün müvafiq şərait yaradıldığı bildirilib.
“Bununla yanaşı, Bakıda yerləşən NBS-lərdən regionlara yanacaq daşınması prosesinin daha da təkmilləşdirilməsi məqsədilə SOCAR tərəfindən özəl şirkətlərlə müvafiq danışıqlar aparılır”, - məlumatda qeyd olunur.
Qeyd edilib ki, “SOCAR PETROLEUM” QSC-nin regionlarda fəaliyyət göstərən yanacaqdoldurma stansiyalarına yanacaq QSC-nin Bakı şəhərində fəaliyyət göstərən 1 və 22 saylı NBS-lərindən şirkətin nəqliyyat vasitələri ilə təchiz edilir.
“SOCAR PETROLEUM” QSC Azərbaycan ərazisində, “SOCAR” brendi altında, neft və qaz məhsullarının alqı-satqısının təşkil edilməsi və təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.
Hazırda ölkəmizdə sayı günbəgün artan YDS-lərin 65-i “SOCAR PETROLEUM”un payına düşür.
Şirkətin 1 Sıxılmış Təbii Qaz Terminalı və 13 neft terminalı bazası da var ki, bu terminalların 11-i regionlarda, 2-si isə Bakıda fəaliyyət göstərir.
Tam oxu
Xəbəri oxu