Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır. TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov bölgələrdə həkim çatışmazlığı olduğ
Araz Nəsirov bildirib ki, bu, hazırda səhiyyə sisteminin böyük problemlərindən biridir: "Həkimlərimizin 60-70%-i paytaxtda cəmləşib.
Regionlarda həkim çatışmazlığı yaşanır". Bəs, həkimlərin rayon xəstəxanalarında işləməməsinin səbəbləri nədir?
Tibbi ekspert Aydın Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu problemin kökündə bir neçə faktor var: "Həkimlərin yaşayış yeri Bakıdadır, evləri, uşaqları burada təhsil alır.
Onların heç biri komfortunu pozmaq istəmir. Onun rayona getməsi üçün orada yaşayış yeri olmalıdır.
Uşaqlarını orada məktəbə yerləşdirməlidir. Bakıdakı təhsilin səviyyəsi ilə bölgələrdəki təhsilin səviyyəsi eyni deyil.
İkincisi, rayonlarla müqayisədə Bakının inkişaf dərəcəsi fərqlidir. Kimsə burada uşağını sirkə, teatra və əyləncə məkanlarına aparır və s.
Digər tərəfdən, maddiyyat da önəmlidir. Bakıda yaşayır, fikirləşir ki, oturmuşam evimin içində və həmin pulu alıram.