Bölgələrdə İŞ imkanları nə yerdədir? Rəsmi AÇIQLAMA

27.01.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Dövlət Məşğulluq Agentliyi olaraq regionlarda vətəndaşların işlə təminatı yönündə dəstək həyata keçiririk”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov deyib.
O bildirib ki, regional məşğulluq filialları bu fəaliyyəti nizamlayır:
“Regionlarda işə götürənlərlə müntəzəm olaraq görüşlər həyata keçiririk. Bu görüşlər 2026-cı ildə də keçirilməyə davam edəcək. Biz regiondakı sahibkarla dəyirmi masalar keçiririk, onlarla bərabər çalışırıq və çalışacağıq. Qeyd etdiyim istiqamətlər üzrə fəaliyyətimizi bu il daha da artırmağı planlayırıq”.
Naibə Məmmədova, Pərviz Allahverdiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью