Bölgələrdə leysan yağacaq, dolu düşəcək XƏBƏRDARLIQ

18.11.2024

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda və Abşeron yarımadasında noyabrın 19-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 
Bu barədə Bizim.Media-ya Milli Hdiromteorologiya Xidmətindən məlumat verilib. 
Bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. 
 

Azərbaycanın rayonlarında noyabrın 19-u gündüz bəzi dağlıq rayonlarda, 19-u axşamdan 20-si səhərədək isə bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir.


Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi-Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur. 
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью