Bölgələrdə vəkillərlə bağlı problemlər mövcuddur Parlament üzvü AÇIQLADI

10.10.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bölgələrdə vəkillərlə bağlı problemlər mövcuddur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

F.Mustafa vurğulayıb ki, bəzi bölgələrdə vəkil tapmaq çətinlik yaradır, hətta 1–2 vəkil belə yoxdur.

Deputat Zahid Oruc isə həmkarının fikirlərini təsdiqləyərək deyib:

"Vəkillərin sayı 2700-ə çatsa da, onların coğrafi paylanması hələ də arzuolunan səviyyədə deyil. Bəzi rayonlarda yalnız 1 vəkil fəaliyyət göstərir".

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью