Bölgələrdə yağış və şimşək müşahidə olunur

12.06.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyunun 12-si saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi bölgələrində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, ayrı-ayrı ərazilərdə arabir şimşək çaxır, leysan xarakterli yağışlar müşahidə olunur.

Qeyd olunub ki, yağıntının miqdarı Kişçayda (Şəki) 27 mm, Şahdağda 20 mm, Daşkəsəndə 14 mm, Sarıbaşda (Qax) 13 mm, Göygöl və Gədəbəydə 10 mm, Oğuzda 8 mm, Xaltanda 7 mm, Gəncədə 6 mm, Zərdab, Qəbələ, Tovuz və Ağstafada 5 mm, Şamaxı və Naftalanda 4 mm, Bərdədə 3 mm, Goranboy, Yevlax, Göyçay, Kürdəmir, Ağdam və Zaqatalada 2 mm, Şəmkir, Balakən, Qobustan, Quba, Qusar, Xaçmaz, Xınalıq, Xızı, İsmayıllı, Tərtər, Mingəçevir və Sabirabadda isə 1 mm-dək qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью