Bölgələrdə yaşayan aztəminatlı ailələrin övladlarını sevindirmək üçün yeni aksiyaya start verilir AZƏRTAC

18.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 dekabr, AZƏRTAC

Bölgələrdə yaşayan aztəminatlı ailələrin övladlarını sevindirmək üçün yeni aksiyaya start verilir.

AZƏRTAC xəbər verir ki, aksiya Kənd Təsərrüfatı Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə keçirilir.

Məqsəd həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

Qeyd edək ki, aksiya çərçivəsində arzularını məktubla asanmektub.az saytına yerləşdirən 100 uşağın arzuları həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью