Bölgələrdəki 43 nasaz işıqfor təmir edildi VİDEO

12.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Yol polisi bölgələrdə işıqforların təmirini həyata keçirib.

"Cebheinfo.az" xəbər verir ki, DİN-in Baş DYP İdarəsinin “Siqnal” İdarəsinin regional qurumları tərəfindən İmişli, Kürdəmir, Mingəçevir, Tərtər, Zaqatala, Şəki, Lənkəran, Ağcabədi, Qəbələ, Cəlilabad, Şirvan, Sabirabad və Gəncədə ümumilikdə 43 işıqfor obyektlərinə texniki qulluq göstərilib. İdarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.

Bununla yanaşı, təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış işıqfor obyektlərinin iş rejimi xüsusi nəzarətdə saxlanılıb, qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yeniləri ilə əvəz olunub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью