Bölgələrdəki 43 nasaz işıqfor təmir edildi Video

13.11.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Yol polisi bölgələrdə işıqforların təmirini həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, DİN-in Baş DYP İdarəsinin “Siqnal” İdarəsinin regional qurumları tərəfindən İmişli, Kürdəmir, Mingəçevir, Tərtər, Zaqatala, Şəki, Lənkəran, Ağcabədi, Qəbələ, Cəlilabad, Şirvan, Sabirabad və Gəncədə ümumilikdə 43 işıqfor obyektlərinə texniki qulluq göstərilib. İdarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.

Bununla yanaşı, təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış işıqfor obyektlərinin iş rejimi xüsusi nəzarətdə saxlanılıb, qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yeniləri ilə əvəz olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью