Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq. Statistikaya görə, 2024-cü ildə Azərbaycana gələn turistlərin 81,4 faizi Bakı şəhərinə üs
Bu o deməkdir ki, ölkəyə gələn hər 10 tursitdən heç 2-si də Bakıdan kənara, rayonlara getmir.
Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 4,6 faizi sözügedən rayonda qalıblar.
Xaricilərin 4,4 faizi Qəbələdə, 3,9 faizi Naftalanda, 3,2 faizi Qubada, 0,6 faizi Şabranda, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.
Maraqlıdır, əcnəbilər rayonlara niyə getmirlər? Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki,
Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər bu da xarici turist cəlbində çətinlik yaradır.
Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır".
V.Bayramov qeyd edib ki, bütövlükdə, əcnəbilərin keçirdiyi gecələmələrin sayı 2023-cü illə müqayisədə 26,0 faiz artaraq 2 milyon 348 min olub.