Boliviyada avtobusun aşması nəticəsində 19 nəfər ölüb

27.01.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Boliviyada avtobusun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli “El Deber” qəzeti polisə istinadən yazır.

Qeyd olunub ki, sərnişin avtobusu ölkənin Potosi departamentində yoldan çıxaraq aşıb.

“Hadisə nəticəsində 19 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Polis xilasetmə əməliyyatlarını davam etdirir, ona görə də ölənlərin sayının artacağı istisna edilmir”, - məqalədə deyilir.

Ölənlər arasında iki uşaq və avtobusun iki sürücüsü də var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью