Boliviyada güclü yağışlar 28 nəfərin ölümünə səbəb olub

15.02.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Boliviyada güclü yağışlar nəticəsində ölənlərin sayı 28-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin mülki müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontes deyib.

Onun sözlərinə görə, yağışlar ölkənin 9 departamentindən səkkizinə təsir edib: “Hazırda 27 bələdiyyədə fövqəladə vəziyyət elan edib, onlardan 22-si təbii fəlakətdən ən çox zərər çəkən La-Pas departamentindədir. Dörd nəfər hələ də itkin sayılır”.

Milli Hava və Hidrologiya Xidməti yağışların aprel ayına qədər davam edəcəyini proqnozlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью