Boliviyada prezident seçkilərinin nəticəsi məlumdur

20.10.2025

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Boliviyada dünən keçirilən prezident seçkilərinin 2-ci turunun nəticələri açıqlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir, Mərkəzi Seçki Komissiyasının ilkin hesablamalarına görə Xristian-Demokrat Partiyasından namizəd Rodriqo Pas Pereyra ölkənin yeni prezidenti seçilib.

Pereyra 54,6 faiz, onun rəqibi, eks-prezident Xorxe Kiroqa isə  45,4 faiz səs toplayıb.

Pereyra noyabrın 8-də parlamentdə and içərək səlahiyyətlərinin icrasına başlayacaq.

Qeyd edək ki, 58 yaşlı Rodriqo Pas Pereyra 1989-1993-cü illərdə prezident olmuş Xayme Pas Samoranın oğludur.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью