Bölmələrə həyəcan siqnalı verildi...

15.11.2024

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin ilkin mərhələsində bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb, tapşırıqlar dəqiqləşdirildikdən sonra döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.

Sonra bölmələrin ərazidə maskalanması, eləcə də müdafiə və mühafizənin təşkilinə dair fəaliyyətlər icra edilib. Qarşıya qoyulan tapşırıqlar təlimə cəlb olunan bölmələr tərəfindən dəqiq və vaxtında yerinə yetirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью