Bolnisidə Vətən müharibəsi şəhidləri anılıb

07.10.2025

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanın Bolnisi şəhərində fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə, həmçinin Bolnisi kəndlərindəki icma mərkəzlərində 27 Sentyabr-  Gününün beşinci ildönümünə həsr olunan tədbir keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mərkəzin icraçı direktoru Rezo Həsənov 27 Sentyabrın əhəmiyyəti haqqında gənclərə ətraflı məlumat verib. O vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazıblar və onların adları, göstərdikləri şücaət xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Sonda məktəb şagirdləri şəhidlərə həsr olunan şeirlər səsləndirib, xatirə şəkilləri çəkdiriblər.

Mustafa Kamal
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью