Bolnisidə yaşayan soydaşlarımıza ADA Universitetinin təhsil proqramları barədə məlumat verilib

02.02.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Tbilisi, 2 fevral, AZƏRTAC

ADA Universitetinin Gürcüstanda səfərdə olan nümayəndəsi Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində maarifləndirici görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə ADA Universitetinin Tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacızadə iştirak ediblər.

Görüş zamanı ADA Universitetinin nümayəndəsi iştirakçılara ətraflı məlumat verərək bildirib ki, artıq 4-cü ildir ADA Universiteti Gürcüstanda yaşayan azərbaycanlılar üçün iki magistratura ixtisası üzrə qəbul elan edir.

Mahnur Abbasova, həmçinin qəbul şərtləri, təqaüd proqramları, qeydiyyat prosesi və digər vacib məsələlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Aktiv müzakirə şəraitində keçən görüşdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Görüşün sonunda Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov çıxış edərək, Gürcüstanda yaşayan azərbaycanlı müəllimlər və gənclər üçün yaradılan bu imkanlara görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

O qeyd edib ki, bu kimi layihələr Gürcüstanda Azərbaycan dilinin inkişafına və gələcək perspektivlərinə böyük imkanlar yaradır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью