Bolonya nın 51 il gözlədiyi titul VİDEO

15.05.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə İtaliya kubokunda 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, həlledici oyunda "Milan"la "Bolonya" üz-üzə gəlib.

Romanın "Olimpiko" stadionunda keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. Ndoy "Bolonya"ya qələbə qazandıran qələbə topunun müəliifi olub.

Bolonyalılar bu uğuru düz 51 il gözləyiblər. "Bolonya" bundan əvvəl 1970 və 1974-cü illərdə İtaliya kuboku tituluna sahib çıxıb. Komanda üçüncü finalını da qələbə ilə başa vurub.

"Milan"ən isə İtaliya kubokundakə uğursuzluğu davam edib. "Rossoneyerilər" 15 finalın 10-da uduzublar. "Qırmızı-qaralar" sonuncu dəfə 2003-cü turnirin qalibi olublar. Komanda ardıcıl 4-cü dəfə finalda məğlubiyyət yaşayıb.

İtaliya kuboku
Final
14 may

23:00. "Milan" - "Bolonya" - 0:1

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью