Bolonya və Roma dan hücumçu barteri Dovbik getdi, Kastro gəldi

30.07.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

İtaliyanın "Bolonya" klubu hücumçu Artem Dovbikin transferini rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, Ukrayna millisinin üzvü A Seriyasının digər təmsilçisi "Roma"dan satınalma şərti ilə bir mövsümlük icarəyə götürülüb. 

Bu keçidlə paralel olaraq "Roma" da "Bolonya"nın hücumçusu Santyaqo Kastronu heyətinə qatıb.

Paytaxt klubu argentinalı futbolçu üçün 33 milyon avro ödəyəcək. Müqavilədə əlavə 2 milyon avro bonus və futbolçunun gələcək satışından "Bolonya"ya 10 faiz pay verilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Artem Dovbik ötən mövsüm "Roma"nın heyətində bütün turnirlərdə 45 oyuna çıxaraq 17 qol vurub, 5 məhsuldar ötürmə edib.

Santyaqo Kastro isə "Bolonya" forması ilə 44 matçda 16 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

"Leççe"nin futbolçusu itkin düşüb – 2 həftədir xəbər yoxdur KL: "Neftçi" tur axtarışında - YENİLƏNİR AL: "Beşiktaş" "Midtyulland"la üz-üzə - YENİLƏNİR İnfantinodan tənqidlərə cavab: “Bu, öhdəlik deyil, imkandır” AL: “Qarabağ” Bolqarıstan səfərində – YENİLƏNİR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью