Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bolonya”nın baş məşqçisi Vinçenzo İtalyano pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun komandasının Avropa Liqası və A Seriyasında növbəti iki oyununu buraxacağı gözlənilir.
İdman.Biz-in məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, “Sant'Orsola Malpighi” Ümumi Xəstəxanasında müalicə olunur.
İtalyanonun vəziyyəti getdikcə yaxşılaşır, lakin o, Avropa Liqasında oktyabrın 23-də FKSB ilə, A Seriyasında isə oktyabrın 26-da “Fiorentina” ilə görüşdə komandasını çalışdıra bilməyəcək.
Avropa Liqasında iki oyundan sonra bir xalı olan “Bolonya” turnir cədvəlinin 30-cu pilləsində qərarlaşıb.
A seriyasında klub 13 xalla 5-ci yerdədir. İdman.Biz Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.