Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Bolqar bibəri ən faydalı tərəvəzlərdən biri sayılır.
Bu tərəvəz müxtəlif faydalı vitamin və minerallarla olduqca zəngindir.
Bibərin tərkibində C, B qrupu, A, P vitaminləri, kalium, fosfor, sink, dəmir, yod, kalsium, maqnezium mineralları var.
Belə zəngin tərkib bolqar bibəri insanın sağlamlığı üçün olduqca faydalı edir. - Bolqar bibəri insanın immun sistemi üçün çox xeyirlidir.
Bu xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlı insanlar üçün vacibdir. Bu qrup insanlarda immun sistemi daha zəifdir.
- Qırmızı bolqar bibərin tərkibində "likopin" maddəsi var ki, bu maddə xərçəngin inkişafına mane olur.
- Bolqar bibəri (xüsusilə qırmızı növləri) qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı çox faydalıdır.
- Bibərin tərkibində olan A vitamini və sink insanın dərisinin və saçların vəziyyətinə olduqca çox müsbət təsir edir.