Bolqar bibərindən daha çox istifadə etmək üçün 3 SƏBƏB | Icma.az
Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Bolqar bibəri çox universal bir məhsuldur.
Onu özü-özlüyünə qəbul etmək, müxtəlif yemək və salatlara əlavə etmək, turşuya qoymaq və ya bəzək kimi istifadə etmək olar.
AZƏRTAC MedicForum-a istinadla bolqar bibərinin faydalı xüsusiyyətlərindən bəhs edir.
Görmə qabiliyyətinin yaxşılaşdırılması Bir çoxları yerkökünün gözlər üçün faydalı olduğunu bilir.
Lakin, bibər də görmə qabiliyyətinin qoruyub saxlamağa kömək edir.
ABŞ-ın Milli Göz İnstitutunun məlumatlarına görə, onun tərkibində, gözlərin sağlamlığı üçün həlledici əhəmiyyətə malik olan beta-karotin, lutein və zeaksantin karotinoid birləşmələri, həmçinin C vitamini vardı.
2019-cu ildə Proceedings of the Third International Tropical Agricultural Conference jurnalında dərc olunan Avstraliya tədqiqatı, sarı bolqar bibərində ən yüksək zeaksantin səviyyəsinin və eyni zamanda böyük miqdarda luteinin olduğunu göstərib.
Çəkinin azalması Şirin bibərin başqa bir xüsusiyyəti, rəng seçimindən asılı olmayaraq, onun az kalorili olmasıdır - orta hesabla 1 bibərdə 31 kalori var.
Tam oxu
Xəbəri oxu