Bolqar sürücünün avtomobili yarış zamanı yandı

21.07.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bolqarıstanlı sürücü Georgi Donçevin avtomobili "GT World Europe" yarı seriyasının növbəti raundunda qəza nəticəsində yanıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarış İtaliyanın Misano şəhərində keçirilib.

Donçevin idarə etdiyi "Lamborghini Huracán GT3 Evo 2" avtomobili rəqibi ilə təmasdan sonra maneəyə çırpılıb və yanıb. Sürücü dərhal avtomobildən düşüb və xəsarət almayıb.

Hadisə nəticəsində trasda qırmızı bayraqlar qaldırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью