Bolqarıstan avroya keçir

20.05.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Bolqarıstan Mərkəzi Bankının (BNB) sədri Dimitar Radev ölkəsinin 2026-cı il yanvarın 1-dən milli valyutası Levadan avroya keçməyə hazır olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, Radev, Pleven şəhərində mətbuata verdiyi açıqlamada, "Ölkəmiz avroya keçid üçün lazım olan bütün şərtləri yerinə yetirdi və hədəfimiz yanvarın 1-dən etibarən avroya keçməkdir", - deyə bildirib.

BNB adından danışdığını ifadə edən Radev sözlərinə belə davam edib:

"Tam hazır olsaq da, əlbəttə ki, öz qiymətləndirməmiz kafi ola bilməz. Bu mövzuda son sözü Avropa Mərkəzi Bankı və Avropa Komissiyası verəcək. Bu iki qurumdan gözlənilən təsdiqdən sonra üzvlük proseduru tamamlanacaq".

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью