Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 8 iyul, AZƏRTAC
Avropa Parlamenti Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avrozonaya daxil olmasını dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında baş tutan səsvermə zamanı 531 deputat Sofiyanın avrozonaya daxil olması üçün bütün tələbləri yerinə yetirdiyi barədə hesabatın lehinə, 69 deputat isə əleyhinə səs verib.
Bolqarıstanda avroya keçid qərarı etirazlara səbəb olub. Milli valyutanın avro ilə əvəzlənməsinin əleyhdarları hesab edirlər ki, bu, respublika iqtisadiyyatına zərər vuracaq və ölkənin suverenliyini məhdudlaşdıracaq.