Bolqarıstan nəhəngi məşqçisiz qaldı

09.06.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Tanınmış xorvat mütəxəssis İqor Yoviceviç "Ludoqorets"in baş məşqçi postunu tərk edib.

Fanat.Az xəbər verir ki, bu barədə Bolqarıstan klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə vaxtından əvvəl xitam veriblər. Yoviceviçin getməsinin şəxsi səbəblərdən olduğu bildirilib.

51 yaşlı xorvatiyalı mütəxəssis 2024-cü ilin sentyabrından "Ludoqorets"i çalışdırırdı. 2024/25 mövsümündə o, komanda ilə Bolqarıstanın hər üç yerli turnirinin qalibi olub: ölkə çempionatı, ölkə kuboku və ölkə superkuboku.

Xatırladaq ki, Yoviçeviç Ukraynada “Karpatı”, “Dnepr-1” və “Şaxtyor”da çalışıb. O, həmçinin Sloveniya “Selje”, Zaqreb “Dinamo”su və Səudiyyə Ərəbistanı “Əl-Raed”ini çalışdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью