Bolqarıstan Parlamenti qalmaqallı əfv qərarını araşdırır

21.10.2026

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Parlament Oqnyan Atanasovun əfv edilməsi ilə bağlı fövqəladə iclas çağırılıb

Bolqarıstan parlamentində narkotik qaçaqmalçılığı ilə əlaqələndirilən Oqnyan Atanasovun əfv edilməsi ilə bağlı fövqəladə iclas çağırılıb.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, ölkədə “Petriç Eskobarı” kimi tanınan Atanasovun 2022-ci ildə prezident fərmanı ilə əfv olunmasının qanuniliyi və bu qərarın qəbul edilməsinə əsas verən sənədlər parlament araşdırmasının predmetinə çevrilib.

Araşdırmanın əsas istiqamətlərindən biri O.Atanasovun səhhəti ilə bağlı hazırlanmış tibbi rəylərin həqiqiliyinin və əfv prosedurunda necə istifadə olunduğunun müəyyənləşdirilməsidir.

Deputatlar həmin sənədlərin hazırlanması və yoxlanılması zamanı mümkün qanun pozuntularının olub-olmadığını aydınlaşdırmaq istəyirlər.

O.Atanasov 2022-ci ildə Prezident fərmanı ilə əfv edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью