Bolqarıstan parlamenti sədr seçə bilmədi

13.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bolqarıstan Milli Məclisinin (birpalatalı parlament) deputatları ilk sessiyada parlamentin sədrini seçə bilməyiblər.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, səsvermə noyabrın 15-də davam etdiriləcək.

Məlumata görə, namizədlərin siyahısına beş siyasi birliyin nümayəndəsi daxil edilib. Lakin iki gün davam edən ilk iclasda parlamentin sədrini seçmək mümkün olmayıb. Onlardan heç biri 240 yerlik parlament üzvlərinin əksəriyyətinin dəstəyini qazana bilməyib.

Əlavə danışıqlardan sonra parlamentin müvəqqəti sədri Silvi Kirilov iclasın noyabrın 15-də davam edəcəyini açıqlayıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью