Bolqarıstan Prezidenti COP29da Rusiya Ukrayna müharibəsindən danışdı KONKRET

13.11.2024

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiya – Ukrayna müharibəsini BMT Nizamnaməsinə uyğun həlli üçün bütün diplomatik imkanlardan istifadə etmək lazımdır”.

KONKRET.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı jurnalistlərə müsahibəsində Bolqarıstan Prezidenti Rumen Radev deyib.

O bildirib ki, Donald Trampın ABŞ Prezidenti seçilməsi ümidləri artırıb.

Xatırladaq ki, Radev COP29-da iştirak etmək üçün Azərbaycana səfər edib.

Məlik,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью