Icma.az, Report.az portalına istinadən məlumat yayır. Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji”nin tədarükünü nəzərdə tutan Qara dən
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri
Görüş zamanı J. Stankov qeyd edib ki, Azərbaycan Bolqarıstanın strateji tərəfdaşıdır və enerji sektoru ikitərəfli münasibətlərdə əsas yer tu
Tərəflər enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər və hər iki ölkə üçün ortaq maraq kəsb edən məsələlərə toxunublar.
SOCAR nümayəndələri Bolqarıstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Xatırladaq ki, “Black Sea Energy” layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda istehsal olunan “yaşıl enerji”nin Gürcüstana, oradan isə Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropaya ötürülməsini nəzərdə tutur.
Bu dəhliz vasitəsilə ildə 4 QVt “yaşıl enerji”nin ixracı planlaşdırılır.
Hazırda layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) yekun mərhələdə olduğu bildirilir.