Bolqarıstan Türkiyə ilə sərhədini PUA larla qoruyur

13.05.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bolqarıstan Türkiyə ilə sərhədinə nəzarət üçün yüksək texnologiyalı PUA istifadə etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb.

Bildirilib ki, bununla Bolqarıstan Şengen zonasına daxil olmaq məqsədilə əldə olunmuş kompromis razılaşmanın bir hissəsini yerinə yetirmiş olub.

Qeyd edək ki, 2022-ci ildə Avstriya Bolqarıstanın Şengen zonasına üzvlüyünə sərhəd nəzarətinin gücləndirilməsi şərti ilə dəstək vermişdi və sərhəddə divarın tikilməsində israr edirdi.

Avropa Komissiyası isə bu təklifə cavab olaraq sərhəddə müşahidənin dronlar vasitəsilə maliyyələşdirilməsi ideyasını irəli sürmüşdü.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью