Bolqarıstana 7 ayda 253 milyon dollarlıq neft ixrac edilib

14.09.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Bolqarıstana 253,1 milyon ABŞ dolları dəyərində 359 min tona yaxın xam neft və neft məhsulları ixrac olunub.

XQ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 5,2 dəfə, həcm baxımından isə 4,5 dəfə üstələyir.

Ümumilikdə cari ilin ilk yeddi ayında ölkədən 8,032 milyard dollar dəyərində 12,7 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Bolqarıstan 5-ci yerdə qərarlaşıb və ixrac həcminin 2,82 faizi bu ölkənin payına düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью