Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bolqarıstan 1 yanvar 2026-cı ildən avroya keçir.
"Cebheinfo.az" xəbər verir ki, artıq Bolqarıstananı milli valyutası levi 2026-cı ilin fevral ayından etibarən dövriyyədən çıxarılacaq. Hər iki valyuta yalnız bir ay müddətində birlikdə istifadə ediləcək.
Qeyd edək ki, Bolqarıstan 2025-ci ilin əvvəlində Şengen zonasına qoşulub. Artıq hava və dəniz sərhədlərində şəxsiyyət yoxlamaları tələb olunmur.
Aİ vətəndaşları və ya etibarlı Şengen vizası sahibləri Bolqarıstanda vizasız 3 aya qədər qala bilərlər.
Avrodan istifadə və Şengen üzvlüyü nəticəsində tətilçilər valyuta mübadiləsində qənaət edəcək və qiymətləri müqayisə etmək daha asan olacaq.
Bolqarıstan Qara dəniz sahili və Balkan dağları ilə dəniz, mədəniyyət və təbiət turizmi təklif edir. Məşhur tətil yerləri arasında Qızıl və Günəş çimərliyi, Albena və Sozopol yer alır.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin