Bolqarıstanda 1930cu ildən bəri ən isti temperatur ötən il olub AZƏRTAC

07.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 yanvar, AZƏRTAC

Bolqarıstanın Milli Hidrologiya və Meteorologiya İnstitutunun təhlilinə görə, 2024-cü ildə ölkədə temperatur 2023-cü ilə nisbətən 0,5 dərəcə isti olub. Beləliklə də, ötən il ölkə üçün 1930-cu ildən bəri ən isti il olub.

AZƏRTAC Bolqarıstanın xəbər agentliyi olan BTA-ya istinadla xəbər verir ki, orta temperatur iqlim normasından 2,1 dərəcə yuxarı olub. Yalnız may və noyabr ayları normadan müvafiq olaraq 0,8 və 1,2 dərəcə soyuq olub.

Məlumatda bildirilib ki, il ərzində yağıntılar orta hesabla normaya yaxın olub, lakin onun paylanması qeyri-bərabər olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью