Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qara dənizdə Bolqarıstan sahillərində batan “BETUL 8” yük gəmisinin bütün 12 ekipaj üzvü, o cümlədən 4 Azərbaycan vətəndaşı xilas edilib.
Modern.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
Somali bayrağı altında üzən gəmi Rumıniyanın Tulça şəhərindən Misirə buğda aparırmış. Ekipajın digər 8 üzvü Türkiyə vətəndaşıdır.
Bolqarıstanın Nəqliyyat Nazirliyinin məlumatına görə, hadisə Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdə, ölkənin müstəsna iqtisadi zonasında baş verib. Gəmidən yerli vaxtla saat 09:15-də fəlakət siqnalı daxil olub.
Axtarış-xilasetmə əməliyyatına Bolqarıstanın iki, Rumıniya və Türkiyənin hərəsindən bir hərbi gəmi, həmçinin iki helikopter və bir Su-25 təyyarəsi cəlb olunub.
Gəminin batma səbəbi barədə hələlik rəsmi məlumat yoxdur.