Bolqarıstanda ehtiraslar qızışır

02.12.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, Sofiyada müxalifətin təşkil etdiyi dinc etiraz aksiyasına 20 mindən çox insan qatılıb.
“Etirazçılar hökumət, parlament və prezident administrasiyasının binaları arasındakı boşluğu tamamilə doldurublar. Metropoliten polisi gözyaşardıcı qazdan istifadə edib. Gecəyarısı vəziyyət kəskin şəkildə gərginləşib”, - xəbərdə deyilir.
İspaniyada etiraz aksiyası: “Mafiya, yoxsa demokratiya?” Yürüş zamanı bir qrup maskalı təxribatçı hökumətyönlü “DPS – Yeni Başlanğıc” siyasi partiyasının ofisinin yerləşdiyi binanı mühafizə edən polis əməkdaşlarına şüşə, digər əlverişsiz əşyalar və atəşfəşanlıq atmağa başlayıb. Onlar həmçinin qapıları və bir neçə pəncərəni sındıraraq içəri girməyə cəhd ediblər.
Polis hücuma keçənləri geri oturtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. “Bulgaria On Air” telekanalı toqquşmaları canlı formatda yayımlanıb.
Etirazçılar hazırda parlamentdə baxılan 2026-cı il dövlət büdcəsi layihəsindən narazılıqlarını bildirirlər.
Xatırladaq ki, bundan bir gün əvvəl Madriddə on minlərlə insan erkən parlament seçkiləri tələbi ilə “Mafiya, yoxsa demokratiya?” şüarı altında hökumətə etiraz etmək üçün küçələrə çıxıb.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью