Bolqarıstanda gəmiyə hücum: Radev iclas çağırır

06.10.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında iki ticarət gəmisinə dronlarla hücum edilib.

Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan mediası məlumat yayıb.

Məlumata görə, insidentlə əlaqədar ölkənin Baş naziri Rumen Radev təcili iclas çağırır:

“İclasda Müdafiə, Daxili İşlər, Nəqliyyat, Ətraf Mühit və Su Ehtiyatları nazirliklərinin, Prezident Administrasiyasının və təhlükəsizlik xidmətlərinin nümayəndələri iştirak edəcəklər”.

Qeyd olunub ki, hücumun hədəfi Toqo bayrağı altında üzən ALFA WATAN və Palau bayrağı altında üzən ABLE adlı iki ticarət gəmisi olub. ALFA WATAN gəmisinə ciddi ziyanı dəyib və gəmi Bolqarıstan sahillərinin şərqində batıb. Ekipajın taleyi ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Hazırda axtarış-xilasetmə əməliyyatı keçirilir.

ABLE gəmisində isə hücum nəticəsində yanğın baş verib. Gəminin 18 nəfərlik ekipajının hamısı Bolqarıstana məxsus bərəyə təxliyə edilib. Xilas edilənlər arasında yaralananlar da olub. Onlara bərənin göyərtəsində ilkin tibbi yardım göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью