Bolqarıstanda gənə və ağcaqanadlar tərəfindən ötürülən xəstəliklər artmaqdadır

21.04.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 aprel, AZƏRTAC

Bolqarıstanda gənə və ağcaqanadlar tərəfindən ötürülən yoluxucu xəstəliklərdə artım müşahidə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstanın BTA agentliyi məlumat yayıb. Bildirilib ki, 2023-cü və 2024-cü illərdə Laym xəstəliyi və Qərbi Nil qızdırması hadisələri müvafiq olaraq 2 və 31 dəfə artıb.

Bildirilib ki, yoluxucu infeksiyalardan əziyyət çəkən insanların sayının artdığını nəzərə alaraq, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью