Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bolqarıstanda güclü qar yollarda xaosa səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.
Məlumata görə, ölkənin şimal-qərb hissəsində minik və yük avtomobillərindən ibarət növbələr yaranıb, sərnişin avtobusları isə saatlarla tıxacda qalıb.
Bundan başqa, dəmir yolu nəqliyyatı da iflic vəziyyətə düşüb.
Onlarla yaşayış məntəqəsi işıqsız qalıb.