Bolqarıstanda hakimlərin oyundan əvvəl mərc saytlarına baxdığı üzə çıxıb

04.04.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bolqarıstanda ÇSKA - "Lokomotiv" matçında VAR-a cavabdeh olan şəxslə bağlı qalmaqal yaşanıb. Sport24.az dnes.bg portalına istinadən xəbər verir ki, yayılan kadrlarda oyun başlamamışdan öncə VAR-da oturan hakimlərin mərc saytlarına baxdığı ortaya çıxıb.

Kadrlarda Volen Çinkov (matçdakı VAR hakimi), onun köməkçisi Stoyan Arsov və üçüncü şəxs - VAR-ın videoqrafı əks olunub.

Hər matç başlamazdan öncə VAR otağında quraşdırılmış kamera ümumi kadrı göstərir və tamaşaçıları oyunun mübahisəli və əsas məqamları ilə məşğul olacaq hakimlərlə tanış edir.

ÇSKA - Lokomotiv matçının yayımı zamanı televiziya kamerası VAR komandasının üzvlərindən birinin telefonunda mərc saytını gəzdiyini qeyd edib.

Hakimlər komissiyasının sədri Stanislav Todorov bildirib ki, ÇSKA - "Lokomotiv" matçından (1:0) əvvəl VAR avtobusunda mərc oyunlarından istifadə edən şəxsin Bolqarıstan Futbol İttifaqı ilə heç bir əlaqəsi yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью