Bolqarıstanda silsilə bomba təhdidləri Polis hərəkətə keçdi

05.10.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bolqarıstanda, xüsusilə paytaxt Sofiyada müxtəlif müəssisələrə qarşı çoxsaylı bomba təhdidləri daxil olub.

Turkustan.az xəbər verir ki, milli medianın məlumatına görə, ölkənin müxtəlif bölgələrində dövlət qurumlarına, məhkəmə binalarına və təhsil müəssisələrinə bomba qoyulacağı ilə bağlı təhdidlər edilib.

Oxşar təhdidlərin Plovdiv, Küstendil, Montana, Razqrad, İsperix, Loveç, Pazarcık, Burqas, Haskovo, Sliven və Blaqoyevqrad şəhərlərində, eləcə də digər bölgələrdəki müəssisələrə göndərildiyi bildirilib.

Təhdidlərdən sonra bəzi binalardakı əməkdaşlar təxliyə edilib. Polis əməkdaşları isə müəssisələrdə təhlükəsizlik yoxlamaları aparıb.

Aytən Yaşar / Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью