Bolqarıstanda zəncirvari yol qəzası: 13 ölü

14.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bolqarıstanda "Frakiya" avtomagistralında iki böyük yol-nəqliyyat hadisəsinin qurbanlarının sayı 13-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bolqarıstan mediası məlumat yayıb.

Qeyd olunub ki, daha öncə kritik vəziyyətdə xəstəxanaya yerləşdirilmiş 42 yaşlı kişi Burqas xəstəxanasında vəfat edib. Müxtəlif xəsarətləri olan daha 51 zərərçəkmiş xəstəxanalardadır.

Xatırladaq ki, noyabrın 10-u səhər saatlarında Bolqarıstanda "Trakiya" avtomagistralında iki kütləvi yol-nəqliyyat hadisəsi baş verib. Ümumilikdə 86 minik və yük avtomobili toqquşub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью