Bolqarıstanın birinci xanımı Şamaxıda olub FOTOLAR

14.11.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

COP-29 çərçivəsində Azərbaycana gələn Bolqarıstan Respublikasının Prezidentinin xanımı Desislava Radeva Şamaxıya səfər edib.

APA-nin Şirvan bürosu xəbər verir ki, səfər zamanı qonaq Şamaxı “Cümə” məscidində olub. Burada qonağa Azərbaycandakı multikultural mühit və dini dəyərlər bardə geniş məlumat verilib.

Desislava Radeva rayonun müasir kənd təsərrüfatı və turizm müəssələri ilə tanış olub, ona rayonun tarixi, mədəni həyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı ilə bağlı həyata keçirilən layihələrdən danışılıb.

D.Radeva səfər zamanı "Yaşıl dünya naminə həmrəylik ili"nə tövhə olaraq ağac əkib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью