Bolqarıstanın sərhəd keçid məntəqələrinin bəzilərində yük daşımaları bloklanıb

27.01.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 27 yanvar, AZƏRTAC

Bolqarıstan-Serbiya və Bolqarıstan-Şimali Makedoniya sərhəd keçid məntəqələrində yük daşımaları dayandırılıb.

AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Makedoniya sərhədində Deve Bair, Delçevo və Novo Selo keçidlərində bütün yük daşımaları dayandırılıb, Serbiya sərhədində isə Kalotina, Strezimirovçi və Vraşka Çuka keçidlərində ağır yük maşınlarının hərəkəti bloklanıb.

Blokadalar 2025-ci ilin oktyabrında tətbiq edilən yeni qaydalarla bağlı sürücülərin Şengen ölkələrində qalma müddətinin məhdudlaşdırılmasına etirazlardan sonra baş verib.

Bolqarıstan Xarici İşlər Nazirliyi sürücülərə yaxın günlərdə alternativ marşrutlar planlaşdırmağı tövsiyə edib. Bildirilib ki, Türkiyə və Yunanıstan sərhəd keçidlərində minik və yük maşınları üçün hərəkət məhdudiyyəti qismən davam edir, Rumıniya sərhədində isə nəqliyyat normal işləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью