Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda müvəqqəti prezident İliyana Yotova liderlik edir.
Bakıvaxtı.az xəbər verir ki, protokolların 99,68 faizi emal edildikdən sonra Yotova 57,6 faiz səslə qalib elan olunub.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Yotova və onun tərəfdaşı Valçev 1 milyon 91 min 206 səs toplayıblar. Andrey Gyurov və Georgi Kandev cütlüyü isə 745 min 303 səslə ikinci yerdə qərarlaşıb.
Andrey Gyurov artıq məğlubiyyətini etiraf edib.
Qeyd edək ki, oktyabrın 25-də keçirilən birinci turda İliyana Yotova 34,76 faiz, Andrey Gyurov isə 31,94 faiz səs toplamışdı. Yotova qalib gəldiyi təqdirdə Bolqarıstanın ilk qadın prezidenti olacaq.