Bolsonaro prezident seçkilərinin nəticələrini tanımaqdan imtina edib

26.10.2026

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Tarixdə ilk dəfə olaraq seçki prosesinin qaydaları qələmin hərəkəti ilə dəyişdirilib"

Braziliya prezidentliyinə namizəd Flavio Bolsonaro seçkilərin nəticələrini tanımaqdan imtina edib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə siyasətçi məhkəmənin səsvermənin iki saat uzadılması qərarını şərh edərkən bildirib.

"Bu gün baş verənlər qəbuledilməzdir. Tarixdə ilk dəfə olaraq seçki prosesinin qaydaları qələmin hərəkəti ilə dəyişdirilib", - deyə qeyd edib.

Bolsonaro hesab edir ki, seçkilərin nəticələri ləğv edilməlidir.

"Belə bir nəticəni tanımaq mümkün deyil", - deyə bildirib.

Qeyd edək ki, Luiz İnasio Lula da Silva Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək yenidən dövlət başçısı seçilib. “Folha de São Paulo” qəzeti seçki komissiyasının məlumatlarına istinadla məlumat yayıb ki, bülletenlərin 99,79 faizinin hesablanmasının nəticələrinə görə, Lula da Silva 51,76 faiz, rəqibi, senator Flavio Bolsonaro isə 48,24 faiz səs toplayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью