Bolt sürücülərdən maşının şəklini tələb edir Foto

05.04.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Sərnişindaşıma platforması "Bolt" sürücülərdən istifadə etdikləri avtomobilin şəklini təqdim etməyi tələb etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Məlumata görə, bu addımın məqsədi sistemdə qeydiyyatdan keçmiş avtomobil ilə real istifadədə olan avtomobilin eyni olub-olmadığını yoxlamaq və təhlükəsizlik səviyyəsini artırmaqdır.

İddia edilir ki, qeydiyyatda olan avtomobildən fərqli nəqliyyat vasitəsilə xidmət göstərən sürücülər müəyyən edilərək onların hesabları bloklanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью